Azərbaycan.media xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazında naviqasiya azadlığının məhdudlaşmasının qlobal humanitar fəsadlara səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, ən yaxşı ssenaridə belə – yəni naviqasiya azadlığının dərhal bərpa olunması halında – təchizat zəncirlərinin tam bərpası aylarla vaxt apara bilər.
Antonio Quterreş qeyd edib ki, əgər fasilələr ilin ortalarına qədər davam edərsə, vəziyyət daha da ağırlaşacaq. Bu halda 32 milyon insan yoxsulluğa düçar olacaq, gübrə ehtiyatları tükənəcək və kənd təsərrüfatı məhsuldarlığı ciddi şəkildə azalacaq.
BMT baş katibi vurğulayıb ki, belə bir ssenaridə 45 milyon insan kəskin aclıq təhlükəsi ilə üzləşə bilər.
