Azərbaycan.media xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi açıqlama yayıb. Bildirilib ki, qazın verilişinin dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə bağlıdır.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Xatırladaq ki, Daş Salahlı kəndində 10 mindən çox sakin yaşayır.
