🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Litva Hörmüz boğazı ilə bağlı ABŞ koalisiyasına qoşula bilər

Azərbaycan.media xəbər verir ki, Litva Prezidenti Gitanas Nausėda ölkəsinin ABŞ-dən Hörmüz boğazında naviqasiya azadlığının təmin olunması məqsədilə yaradılacaq əməliyyata qoşulmaq təklifi aldığını bildirib.
Məlumata görə, dövlət başçısı bu təklifi yaxın vaxtlarda Dövlət Müdafiə Şurasına təqdim edəcəyini qeyd edib.
Prezident vurğulayıb ki, sözügedən əməliyyat sülh xarakterli olacaq. Onun sözlərinə görə, bu cür təşəbbüslərdə iştirak Litvada Amerika hərbçilərinin davamlı mövcudluğunun təmin olunmasına da töhfə verə bilər.