Azərbaycan.media xəbər verir ki, Azərbaycan Premyer Liqasının təxirə salınmış 21-ci tur matçında bu gün Neftçi və Qarabağ FK komandaları qarşılaşacaq.
Oyun Bakıdakı “Palms Sports Arena”da saat 20:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Neftçi”: Emil Balayev, Emin Mahmudov (k), Elvin Bədəlov, Emil Səfərov, Falaye Sako, Sessi Dalmeyda, İqor Ribeyro, Breno Almeyda, İmad Faraj, Freddi Varqas, Luis Ortis.
Baş məşqçi: Yuri Vernidub.
“Qarabağ”: Mateus Koxalski, Bədavi Hüseynov (k), Toral Bayramov, Abdullah Zubir, Kevin Medina, Marko Yankoviç, Kadi Borqes, Mateus Silva, Joni Montiel, Leandro Andrade, Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, bu qarşılaşma Azərbaycan derbisi kimi böyük maraqla gözlənilir.
