🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Robert Fitso: Ukrayna müharibəsinin yaxın vaxtda bitəcəyi real görünmür

Azərbaycan.media xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso Ukraynadakı münaqişənin yaxın perspektivdə başa çatacağı ilə bağlı optimist gözləntiləri real hesab etmədiyini bildirib.
O, bu fikirləri tələbələrlə görüşü zamanı səsləndirib. Baş nazir qeyd edib ki, hazırkı şəraitdə müharibənin bitməsi üçün real zəmin görünmür, çünki tərəflərin münaqişəni davam etdirmək üçün kifayət qədər resursları mövcuddur.
Robert Fitso, həmçinin Avropa İttifaqının Ukraynaya 90 milyard avro həcmində maliyyə dəstəyi ayırmaq planına münasibət bildirərək, bu addımın müharibənin uzanmasına təsir göstərə biləcəyini vurğulayıb.
O əlavə edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil və Avropa ölkələri Rusiya ilə dialoqu davam etdirməlidir.
Baş nazir mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək atəşkəs məsələsini müzakirə etməyi planlaşdırdığını da diqqətə çatdırıb.