🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski Putin və Trampın atəşkəs təklifinə reaksiya verdi – “təfərrüatlar aydınlaşdırılmalıdır”

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında aparılan telefon danışığından sonra atəşkəs təklifi ilə bağlı mövqeyini açıqlayıb.
Zelenski “Telegram” kanalında yayımladığı müraciətdə sülh və atəşkəs məsələsinə toxunaraq bildirib ki, Ukrayna tərəfi irəli sürülən qısamüddətli atəşkəs təklifinin mahiyyətinin dəqiqləşdirilməsini istəyir.
O qeyd edib ki, nümayəndələrinə ABŞ administrasiyası ilə əlaqə saxlayaraq təklifin detalları barədə məlumat əldə etməyi tapşırıb.
Ukrayna lideri bildirib ki, söhbətin yalnız 9 May – Qələbə Günü ilə bağlı qısa müddətli təhlükəsizlik tədbirindən, yoxsa daha geniş sülh formatından getdiyi aydınlaşdırılmalıdır.
Xatırladaq ki, Putin Tramp ilə telefon danışığında 9 May münasibətilə Ukraynada müvəqqəti atəşkəs təklifi irəli sürüb və bu təşəbbüs ABŞ Prezidenti tərəfindən dəstəklənib.