🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Masazır–“20 Yanvar” marşrutunda avtobuslar yenilənir – yeni nəqliyyat vasitələri istifadəyə veriləcək

Azərbaycan.media xəbər verir ki, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasını Masazır kəndi ilə birləşdirən 142 nömrəli şəhərətrafı marşrut üzrə istismar olunan avtobuslar yenilənir.
Məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən açıqlanıb.
Bildirilib ki, mayın 1-dən sərnişinlərin istifadəsinə müasir və böyüktutumlu avtobuslar veriləcək. Ümumilikdə 10 avtobus xətt üzrə hər 9–10 dəqiqə intervalla hərəkət edəcək.
Yeni sistemdə ödənişlər nağdsız qaydada həyata keçiriləcək və gedişhaqqı 0,50 manat təşkil edəcək.