🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pezeşkian: ABŞ-ın İran limanlarını dənizdən blokadaya alması uğursuzluğa məhkumdur

Azərbaycan.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İran limanlarına qarşı dəniz blokadası və məhdudiyyətlər tətbiq etmə cəhdlərinin məqsədlərinə çatmayacağını bildirib.
Dövlət başçısı yerli mediaya açıqlamasında qeyd edib ki, dənizdən blokada və ya hər hansı məhdudiyyətlərin tətbiqi beynəlxalq hüquqa ziddir və nəticəsiz qalmağa məhkumdur.
Pezeşkianın sözlərinə görə, bu cür addımlar regional təhlükəsizliyi gücləndirmir, əksinə gərginliyi artırır və Körfəz regionunda sabitliyə mənfi təsir göstərir.
Qeyd edək ki, İran tərəfi ABŞ-ın addımlarını pisləyərək bunu atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.