🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Luis Okamponun etirafları Avropa Parlamentindəki prosesləri üzə çıxarır – Hikmət Babaoğlu

Azərbaycan.media xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun etirafları Avropa Parlamentində baş verən bəzi proseslərə dair müzakirələri gündəmə gətirib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu APA-ya açıqlamasında bildirib ki, həmin etiraflar Avropada erməni lobbi şəbəkələrinin nüfuzdan düşmüş və hüquqi problemləri olan şəxslərlə əlaqələrini ortaya çıxarır.
Onun sözlərinə görə, bu cür fəaliyyətlər Avropa siyasətində korrupsiya iddialarını gücləndirir və bəzi parlamentarilərin maddi maraqlar müqabilində lobbiçilik fəaliyyəti göstərməsi barədə fikirləri aktuallaşdırır.
Hikmət Babaoğlu qeyd edib ki, məsələ təkcə Avropa Parlamenti üzvləri ilə məhdudlaşmır, eyni zamanda Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq Ali Nümayəndəsi Cozep Borrellin də adı müxtəlif iddialarla hallandırılır.
Deputat əlavə edib ki, bu proseslər beynəlxalq hüquqa zidd yanaşmaların və siyasi maraqların təsiri ilə formalaşan mexanizmlərin mövcudluğunu göstərir. Onun fikrincə, belə hallar Avropa siyasətində ciddi müzakirələrə səbəb olur və bəzi siyasi fiqurların ifşa olunması baxımından əhəmiyyət daşıyır.