🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Eyin kəndinə yeni köç karvanı: 32 ailə Xocavənddə doğma yurduna qayıtdı

Azərbaycan.media xəbər verir ki, Xocavənd rayonunun Eyin kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə kəndə 32 ailənin – ümumilikdə 135 nəfərin köçü təmin olunaraq onların doğma yurdlarına qayıdışı həyata keçirilib.
Qeyd edək ki, son köç prosesi ilə birlikdə Eyin kəndinə köçürülən ailələrin sayı 66-ya, ümumi sakinlərin sayı isə 277 nəfərə çatıb.