🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Medvedev: Yaxın Şərqdə münaqişənin uzanmasında iqtisadi maraqlar rol oynayır

Azərbaycan.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaxın Şərqdə davam edən gərginliklə bağlı açıqlama verib.
Medvedev regiondakı münaqişənin yaxın perspektivdə başa çatmasının real görünmədiyini bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətin arxasında ciddi iqtisadi maraqlar dayanır və bəzi aktorlar üçün davam edən xaos gəlir mənbəyinə çevrilib.
Rusiya rəsmisi qeyd edib ki, “müharibənin uzanmasında bir çox ölkə və müxtəlif oyunçular maraqlıdır” və bu səbəbdən münaqişənin həllinə deyil, əksinə, daha da dərinləşməsinə şərait yaradılır.
Medvedev əlavə edib ki, humanitar böhrana baxmayaraq, həm daxili, həm də xarici qüvvələr gərginliyin azaldılması əvəzinə onu artıran addımlar atmaqda davam edirlər.