🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı və Abşeronda sıxlıq müşahidə olunur – yollarda vəziyyət açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Bakıda bir sıra əsas küçə və prospektlərdə nəqliyyat sıxlığı qeydə alınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən yaydığı məlumata görə, hazırda şəhərin müxtəlif istiqamətlərində hərəkət intensivliyi yüksəkdir və bəzi yollarda tıxac yaranıb.
Sıxlıq müşahidə olunan əsas istiqamətlər bunlardır:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində
Tbilisi prospekti, “20 Yanvar” istiqamətindən mərkəzə doğru
Ziya Bünyadov prospekti və Alı Mustafayev küçəsi istiqamətləri
Heydər Əliyev prospekti (əsas yol, mərkəz istiqamətində)
Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri
Dənizkənarı və Badamdar istiqamətində yollar
Məlumata əsasən, bəzi küçələrdə nəqliyyat axınının zəifləməsi nəticəsində tıxaclar yaranıb. Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.