Azərbaycan.media xəbər verir ki, Dağıstan rəhbəri Sergey Melikov vəzifəsindən ayrılaraq başqa posta keçəcək.
Məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib.
Bildirilir ki, artıq Dağıstanda yeni rəhbər postu üçün namizədlər də müzakirə olunur. Respublika nümayəndələri bu vəzifəyə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin və ya prezidentin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanovun namizədliyini irəli sürüblər.
Qeyd edək ki, Sergey Melikov 2020-ci ildən Dağıstana rəhbərlik edirdi. O, bu vəzifəyə qədər “Rosqvardiya” rəhbərinin müavini kimi fəaliyyət göstərib.
