Azərbaycan.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf xarici işlər naziri Abbas Əraqçinin ABŞ ilə dialoq prosesindəki fəaliyyətindən narazıdır və onun vəzifədən uzaqlaşdırılmasını nəzərdən keçirirlər.
Məlumata görə, bu barədə “Iran International” etibarlı mənbələrə istinadla xəbər yayıb. Bildirilir ki, son iki həftə ərzində Abbas Əraqçi hökumətin rəsmi nümayəndəsi kimi deyil, daha çox İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidinin yaxın çevrəsində fəaliyyət göstərir.
Mənbələrin sözlərinə görə, Prezident Pezeşkian yaxın ətrafına bildirib ki, xarici işlər naziri onu ABŞ ilə aparılan danışıqlar prosesi barədə yetərincə məlumatlandırmır və qərarların koordinasiyasında şəffaflıq yoxdur.
Xəbərdə qeyd olunur ki, İran Prezidenti bu vəziyyətdən ciddi narazıdır və belə davam edəcəyi təqdirdə, Əraqçinin vəzifəsindən azad olunacağını istisna etmir.
