Azərbaycan.media xəbər verir ki, bu ilin mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin VIII zirvə toplantısı keçiriləcək. Tədbirdə bir sıra ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur.
Ermənistanın Baş naziri Nikol Paşinyan zirvə görüşünə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı da dəvət edib. Lakin Türkiyə liderinin bu səfəri ilə bağlı qeyri-müəyyənlik davam edir.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Prezident Ərdoğanın İrəvana səfəri baş tutmayacaq.
Deputat qeyd edib ki, tədbirə çox az vaxt qaldığını nəzərə alsaq, Türkiyə Prezidentinin toplantıda iştirak etmək üçün İrəvana səfər etməsi mümkün görünmür.
