Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 1-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Qusar, Xaçmaz, Xızı, Şabran və Siyəzən rayonlarında cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Küləyin sürətinin 13.9-20.7 m/san təşkil edəcəyi bildirilir.
