🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Baş nazir Əli Əsədov “Gənclər evi” ilə bağlı yeni qərar verdi

Azərbaycan.media xəbər verir ki, Əli Əsədov “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydalarında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, Nazirlər Kabineti-nin 2016-cı il 8 iyun tarixli 218 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara bir sıra əlavələr edilib.
Yeni redaksiyaya görə, “Gənclər evi” müəssisələri müəyyən olunmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. Bununla yanaşı, onlar sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə təsərrüfat cəmiyyətləri yarada və ya bu cəmiyyətlərdə iştirak edə biləcəklər.
Qaydalara edilən digər dəyişikliklərə əsasən, “Gənclər evi”nin maliyyə mənbələrinə artıq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər də daxil ediləcək.
Eyni zamanda, 2.6-cı bəndə edilən əlavəyə görə, müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi zamanı sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər də nəzərə alınacaq.