Azərbaycan.media xəbər verir ki, Suraxanı rayonu ərazisində, Aeroport şosesində Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, qəza nəticəsində yolun hər iki istiqamətində nəqliyyat axınında sıxlıq müşahidə olunur.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib və hərəkətin bərpası, eləcə də sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
