🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Culfada kanalda qadın meyiti aşkarlanıb

Azərbaycan.media xəbər verir ki,  Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkarlanan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.