Azərbaycan.media xəbər verir ki, APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Axaxdərə kəndində qeydə alınıb.
Belə ki, vəhşi heyvan evin həyətyanı sahəsində kənd sakini, 47 yaşlı Aydın Şamil oğlu Qurbanova hücum edib. Hadisə nəticəsində zərərçəkən müxtəlif dərəcəli çoxsaylı xəsarətlər alıb.
Yaralı dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanası-nın Cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlər tərəfindən ona bədənin müxtəlif nahiyələrinin açıq yara xəsarətləri diaqnozu qoyulub. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.
