🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Alvares “Barselona”ya keçə bilər

Azərbaycan.media xəbər verir ki, “Atletiko Madrid”in futbolçusu Xulian Alvares karyerasını “Barselona”da davam etdirə bilər.
Məlumata görə, argentinalı hücumçu nümayəndələrini ev axtarışı üçün Barselonaya göndərib. Bu isə futbolçunun mümkün transferi ilə bağlı iddiaları daha da gücləndirib.
Bildirilir ki, “Barselona” rəhbərliyi bir müddətdir Alvareslə maraqlanır və transferin yay pəncərəsi zamanı reallaşması ehtimal olunur.
Qeyd edək ki, futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir və onun “Atletiko Madrid”lə müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir. Bu mövsüm Alvares 47 oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.