🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski: Müdafiə sənayesində Azərbaycanla dərin əməkdaşlıq mümkündür

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinə toxunub.
Zelenski bildirib ki, təhlükəsizlik sahəsi ölkələr arasında dərin əməkdaşlıq üçün geniş imkanlar yaradır və bu istiqamətdə ciddi səylər göstərilməlidir.
O qeyd edib ki, müxtəlif formatlarda danışıqlar aparılıb. Bu görüşlərin bir hissəsi Türkiyədə keçirilib, daha sonra isə amerikalı tərəfdaşlarla Cenevrədə müzakirələr baş tutub.
Ukrayna Prezidenti əlavə edib ki, əgər Rusiya tərəfi də diplomatik yolu seçərsə, danışıqların Azərbaycanda keçirilməsi də arzu olunur.