🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Asiya İran Azərbaycana çağırış etdi

Azərbaycan.media xəbər verir ki, İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar ABŞ və İsrail tərəfindən İranın Xəzər dənizində yerləşən Bəndər Ənzəli limanına hücumlar edildiyini iddia edərək bunun bölgədə sülhə və əməkdaşlığa təhdid yaratdığını bildirib.
Diplomat Astanada keçirilən Regional Ətraf Mühit Sammitinin Xəzər məsələləri üzrə tematik sessiyasında çıxış edərək qeyd edib ki, hücumlar təkcə regional sabitliyə deyil, həm də Xəzər dənizinin ekoloji vəziyyətinə və humanitar mühitə ciddi risklər yaradır.
Onun sözlərinə görə, Ənzəlidə liman infrastrukturu və ticarət gəmiləri hədəf alınıb, bu isə Xəzəryanı ölkələr arasında iqtisadi-ticari əlaqələrə mənfi təsir göstərir.
Cövkar Xəzər dənizi sahilində yerləşən dövlətləri baş verən hadisələri pisləməyə çağırıb və İranın bu hücumları qətiyyətlə rədd etdiyini vurğulayıb. O, həmçinin digər Xəzəryanı ölkələrin də oxşar mövqe sərgiləməsini gözlədiklərini bildirib.
Qeyd edək ki, Xəzər dənizi regionuna Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran daxildir.