🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

26 aprel üçün hava proqnozu açıqlandı – bəzi bölgələrdə yağıntı ehtimalı var

Azərbaycan.media xəbər verir ki, aprelin 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulsa da əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 8–11 dərəcə isti, gündüz isə 15–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət isə 65–75 faiz təşkil edəcək.
Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman da müşahidə oluna bilər. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 7–11 dərəcə isti, gündüz 19–24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0–5 dərəcə isti, gündüz 8–13 dərəcə isti olacaq.