🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xankəndidə müasir ictimai nəqliyyat sistemi istifadəyə verildi

Azərbaycan.media xəbər verir ki, Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin əsas küçə və istiqamətlərini, eləcə də Kərkicahan qəsəbəsini əhatə edir.
Artıq şəhər sakinləri yeni marşrutların üstünlüklərindən istifadə edərək gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz şəkildə həyata keçirirlər. Sakinlərin sözlərinə görə, avtobusların müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti onların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeni nəqliyyat sistemini müasir, rahat və etibarlı kimi dəyərləndirirlər.
İctimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plana əsasən, ilkin mərhələdə 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyət göstərir.
Marşrutlar üzrə ümumilikdə 62 dayanacaq müəyyən olunub və müvafiq nişanlarla təchiz edilib. Sərnişindaşıma “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 avtobus 14–15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
Avtobuslarda ödəniş tam nağdsız qaydada həyata keçirilir. Sərnişinlər “BakıKart”, QR-bilet, NFC texnologiyası vasitəsilə bank kartları