🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Millət vəkillərinə Yeni il münasibətilə “13-cü maaş” verilməyib

Azərbaycan.media xəbər verir ki, millət vəkillərinə Yeni il münasibətilə mükafat və ya “13-cü maaş” verilməyib.

Bu barədə millət vəkili Elşad Musayev açıqlama verib. Deputat bildirib ki, parlamentdə bu cür praktika mövcud olmayıb:
“Ümumiyyətlə bizdə heç vaxt belə bir şey olmayıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Yeni il ərəfəsində ölkədə bəzi dövlət və özəl qurumlarda əməkdaşlara bayram münasibətilə pul mükafatları təqdim edilib.