Bölgələrdə ana dilimizin vəziyyəti sözün əsl mənasında “ruscadır”.
Ziyalıları demirəm, amma rayonda olduğum 3 gün ərzində müşahidə etdim, öz tanıdıqlarım da daxil olmaqla rusca kəlmələr, hətta söz birləşmələri baş alıb gedir…
Bakıya gələrkən sürücünün yanındakına dediyi “vstreçi” , na meste” həll elədim, “doskonalnı”, ” vinovat”…kəlmələrini eşidirdim. Bunlar doğma ANA DİLİMİZƏ hörmətsizlik deyilmi?
Əcəba, Osmanlı türkcəsində bir söz işlədəndə bəziləri daş atıb başlarını tuturlar ki, ay aman, aparıcılar, ziyalılar dilimizdə yabançı sözlər işlədirlər…
Əsl yabançı sözlər bunlardır!
Və illərlə dilimizə sirayət edib, bu gün də var, həm də gənə kimi yapışıb qopmaq bilmir…
Telekanallarda və bölgələrdə bu barədə xüsusi maarifləndirmə işləri aparılmalı, məktəblərdə müəllimlər bu haqda dəfə-dəfə danışmalıdırlar!
SÖZARDI:
Müxbirlərin, telejurnalistlərin nəzərinə! Müsahibləriniz təcili yardım əvəzinə “skorı”, yanğınsöndürən əvəzinə “pajarnı”, artıq əvəzinə “uje” deyəndə sözlərini yarıda kəsin.
Əgər kəsmirsinizə, efirə bu cür gedirsə, demək, siz də dilimizə hörmət etmirsiniz.
Müəllif: Südabə Sərvi
Mənbə: Azərbaycan.media
