Azərbaycan.media xəbər verir ki, dekabrın 21-də ölkədə hava şəraiti açıqlanıb.
Bakı və Abşeron yarımadası:
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə yağış ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3–6 °C, gündüz 8–10 °C təşkil edəcək. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70–80 % olacaq.
Rayonlarda:
Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Gecə temperaturu 3 °C şaxtadan 2 °C-yədək isti, gündüz 9–12 °C isti olacaq. Dağlıq ərazilərdə gecə 3–8 °C şaxta, gündüz 3–8 °C isti gözlənilir.
