Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək məqsədilə Monteneqroya işgüzar səfərə yola düşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.
Qeyd olunub ki, sammit zamanı Sahibə Qafarovanın çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
