🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lalə Azərtaş “Xəzər TV”də yeni proqramla tamaşaçı qarşısına çıxacaq

Azərbaycan.media xəbər verir ki, tanınmış televiziya aparıcısı Lalə Azərtaş “Xəzər TV”də yeni layihə ilə efirə qayıdır.
Bu barədə aparıcı “Təsir dairəsi” proqramında məlumat verib. Onun sözlərinə görə, gələn həftədən etibarən “Ümidlə yaşa” adlı yeni veriliş tamaşaçılara təqdim olunacaq.
Yeni layihənin efirə başlaması ilə əlaqədar olaraq “Təsir dairəsi” proqramının yayım saatında da dəyişiklik edilib. Belə ki, veriliş bundan sonra hər gün saat 16:00-da yayımlanacaq.
Lalə Azərtaş bildirib ki, “Ümidlə yaşa” proqramı həftəiçi 5 gün olmaqla hər gün saat 12:30-da tamaşaçıların görüşünə gələcək.