🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri istefa verib

Azərbaycan.media xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) rəhbəri Timur Tkaçenko vəzifəsindən istefa ərizəsi yazıb.
Ukrayna mətbuatının, o cümlədən “Novosti.Live” nəşrinin məlumatına görə, Tkaçenko 2024-cü il dekabrın 31-də təyin olunduğu postu tərk etməyə hazırlaşır. Bildirilir ki, artıq onun yerinə yeni namizədin axtarışına başlanılıb.
Qeyd edək ki, Timur Tkaçenko daha əvvəl Kiyev meri Vitali Kliçko ilə yaşadığı gərginlik və şəhər idarəçiliyi ilə bağlı ittihamları ilə gündəmə gəlmişdi.