🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan və Fransa arasında nəqliyyat layihəsi ilə bağlı yeni razılaşma əldə olunub

Azərbaycan.media xəbər verir ki, Ermənistan və Fransa arasında nəqliyyat infrastrukturunun inkişafına dair yeni anlaşma imzalanıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. O bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana həyata keçirdiyi dövlət səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Paşinyanın sözlərinə görə, imzalanan sənədlər sırasında “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi hesab edilən Bərgüşad tunelinin tikintisi ilə bağlı razılaşma da yer alır.
Baş nazir layihənin Ermənistanın tranzit imkanlarının genişləndirilməsi və regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Bərgüşad tuneli Zəngəzur silsiləsində yerləşir və Qərbi Zəngəzurun Qacaran, Qafan və Sisian rayonlarının ərazilərini əhatə edir.