🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ursula fon der Leyen: Ermənistanla viza rejiminin liberallaşdırılmasında irəliləyiş var

Azərbaycan.media xəbər verir ki, Ursula fon der Leyen Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi istiqamətində irəliləyiş əldə olunduğunu açıqlayıb.
Avropa Komissiyasının sədri bu barədə “X” sosial şəbəkəsində paylaşım edib və Ermənistan–Aİ sammiti sonrası keçirilən mətbuat konfransının videoyazısını da paylaşımına əlavə edib.
Fon der Leyen bildirib ki, viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyır və bu proses iki tərəf arasında yaxınlaşmanı gücləndirir:
“Biz viza rejiminin liberallaşdırılması sahəsində irəliləyiş görürük. Bu, ermənilər üçün çox vacibdir. Eyni zamanda Avropa İttifaqı üçün də önəmlidir, çünki xalqlarımızı daha da yaxınlaşdırır. Əminəm ki, biz buna nail olacağıq”.
O, həmçinin qeyd edib ki, Aİ Ermənistanı investisiyalar üçün daha cəlbedici ölkəyə çevirmək niyyətindədir və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.