Azərbaycan.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 1532-ci günü üzrə Rusiya ordusunun itkiləri ilə bağlı yenilənmiş statistik məlumat yayıb.
Məlumata əsasən, Rusiya tərəfi indiyədək təxminən 1 336 120 hərbçi itirib.
Texnika itkiləri barədə açıqlamada bildirilir ki, 11 917 tank, 24 510 zirehli döyüş maşını, 41 386 artilleriya sistemi və 1 770 reaktiv yaylım atəşi sistemi sıradan çıxıb.
Həmçinin 1 361 hava hücumundan müdafiə sistemi, 435 hərbi təyyarə, 352 helikopter və 1 320 yerüstü robot-texnika kompleksi itirildiyi qeyd olunur.
Bundan başqa, 94 030 avtomobil texnikası, 274 030 pilotsuz uçuş aparatı (PUA), 4 584 qanadlı raket, 33 gəmi və kater, eləcə də 2 sualtı qayığın sıradan çıxdığı bildirilir.
Məlumatda həmçinin 4 170 xüsusi hərbi texnika vasitəsinin də itirildiyi qeyd edilib.
