🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rasim Balayevin qəbirüstü abidəsi il mərasiminə qədər hazır olacaq

Azərbaycan.media xəbər verir ki, Rasim Balayevin qəbirüstü abidəsi il mərasiminə qədər qoyulacaq. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Qaynarinfo-ya açıqlamasında məlumat verib.
O bildirib ki, abidə dövlət tərəfindən hazırlanacaq. Əli İsa Cabbarovun sözlərinə görə, əvvəllər qəbirüstü abidələr 40 mərasiminə qədər qoyulsa da, son illərdə bu ənənədə dəyişiklik edilib və artıq abidələr il mərasiminə qədər hazırlanır. Rasim Balayevin də qəbirüstü abidəsinin həmin müddətə qədər hazır olacağı qeyd olunub.
Xatırladaq ki, xalq artisti Rasim Balayev uzun sürən xəstəlikdən sonra martın 29-da vəfat edib. Mayın 7-də isə onun 40 mərasimi keçiriləcək.