🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda silsilə oğurluqlar: 3 nəfər saxlanıldı

Azərbaycan.media xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlardan və avtomobillərdən oğurlanıb.
Daxili İşlər Nazirliyinə istinadən bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb. Araşdırma zamanı onun paytaxtın digər rayonlarında da oxşar cinayətlər törətdiyinə görə axtarışda olduğu müəyyən edilib.
Bundan əlavə, keçirilən digər tədbirlər nəticəsində ev və marketlərdən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Vüsal Əliyev və 28 yaşlı Fərid Əliyev də müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.