🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Alyaskada “bir binalı şəhər” – Uittierin qeyri-adi həyatı

M
Azərbaycan.media xəbər verir ki, dünyanın ən maraqlı yaşayış məntəqələrindən biri hesab edilən ABŞ-ın Alyaska ştatındakı Uittier şəhəri özünəməxsus həyat tərzi ilə seçilir.
Məlumata görə, şəhərdə yaşayan əhalinin böyük hissəsi “Begich Towers” adlı 14 mərtəbəli bir binada toplanıb. Burada təkcə yaşayış mənzilləri deyil, həm də polis bölməsi, klinika, mağaza, poçt və kilsə fəaliyyət göstərir. Sakinlər gündəlik ehtiyaclarını binadan çıxmadan qarşılayırlar.
Şəhərdə sərt iqlim şəraiti hökm sürür. Qış aylarında qarın hündürlüyü bir neçə metrə çata, güclü küləklər isə həyatı çətinləşdirə bilir. Bu səbəbdən şəhər infrastrukturu “qapalı sistem” prinsipi ilə qurulub.
Uşaqlar məktəbə binaya birləşdirilmiş yeraltı keçidlər vasitəsilə gedir, sakinlər isə gündəlik işlərini əsasən eyni kompleks daxilində həll edirlər. Şəhər həyatının böyük hissəsi “bir dam altında” cəmlənib.
Uittierə giriş isə təxminən 4 kilometrlik dar tunel vasitəsilə mümkündür. Bu tunel həm avtomobillər, həm də qatarlar üçün istifadə olunur və hər yarım saatdan bir istiqamət dəyişir. Buna görə də gecikən nəqliyyat vasitələri bəzən tunelin qarşı tərəfində gözləməli olur.