🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabahın hava proqnozu açıqlandı – yağış, şimşək və dağlıq ərazilərdə qar ehtimalı var

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 6-na olan hava proqnozunu açıqlayıb.
Bakı və Abşeron yarımadası
Sabah Bakı və Abşeron yarımadası ərazisində hava şəraitinin dəyişkən buludlu, arabir tutqun olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11–14°, gündüz 15–19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm-ə yüksələcək. Nisbi rütubət gecə 70–80%, gündüz isə 60–65% təşkil edəcək.
Rayonlarda hava
Azərbaycanın rayonlarında hava əsasən arabir yağıntılı olacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların intensiv və güclü olacağı, şimşək, dolu hadisələrinin qeydə alınacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Axşama doğru əksər rayonlarda yağıntıda fasilə gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə oluna bilər. Mülayim qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək