🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kaya Kallas Azərbaycana səfər edib – Aİ ilə əməkdaşlıq gündəmdə

Azərbaycan.media xəbər verir ki, Kaya Kallas Azərbaycana səfər edib.
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, eyni zamanda Avropa Komissiyasının vitse-prezidenti olan Kallasın səfəri barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, o, Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
Kaya Kallas səfərlə bağlı açıqlamasında Azərbaycan-ı Avropa İttifaqı üçün etibarlı və dəyərli enerji tərəfdaşı kimi qiymətləndirib. O, Bakıda olmaqdan məmnunluğunu ifadə edib və əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün ciddi potensial var. Kallas həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsinin Aİ-nin strateji maraqlarına uyğun olduğunu qeyd edib.
Aİ rəsmisi Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlıq üzrə müzakirələrə hazır olduqlarını vurğulayıb və regionda sülh prosesinin qorunmasının vacibliyini də diqqətə çatdırıb.