Azərbaycan.media xəbər verir ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.
Bildirilib ki, aparılan işlərlə əlaqədar olaraq, mayın 8-i saat 22:00-dan mayın 9-u saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
AAYDA sürücülərdən görülən işlərə anlayışla yanaşmağı, hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmağı və alternativ yollardan istifadə etməyi xahiş edib.
