Azərbaycan.media xəbər verir ki, Qax şəhərinin bir hissəsində, həmçinin Qaxingiloy kəndi, Qaxbaş kəndi, Ağçay kəndi və İlisu kəndində qazın verilişində fasilə yaranıb.
Lent.az� xəbər verir ki, bu barədə Qax Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatında yaranan fasiləyə səbəb Qax şəhərinin Vidadi küçəsində yerləşən D108 mm-lik orta təzyiqli qaz xəttinin üzərinə divarın aşması olub.
Hadisənin nəticələrinin aradan qaldırılması və qaz təchizatının bərpası istiqamətində işlər aparılır.
