🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lavrov: Rusiya üçün Ermənistana qarşı şimaldan təhdid barədə bəyanatlar qəribədir

Azərbaycan.media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüş zamanı İrəvandan gələn bəzi hibrid təhdid açıqlamalarını qəribə hesab edib.

 Moskva bürosunun məlumatına görə, Lavrov bildirib ki, Avropa İttifaqı tez-tez Ermənistanı Rusiya ilə, ya da onlarla birlikdə olmaq arasında seçim qarşısında qoyur.

Rusiya XİN başçısı vurğulayıb ki, Moskva Ermənistanla münasibətləri inkişaf etdirməkdə maraqlıdır:
“Biz son illərdə siyasi və parlament səviyyələrində əlaqələrimizi davamlı və çox intensiv şəkildə inkişaf etdirmişik. Biz bunda maraqlıyıq. Ermənistan bizim müttəfiqimiz, strateji tərəfdaşımızdır. Cənubi Qafqazdakı vəziyyətin nə qədər çətin olduğunu görürük”, – deyə Lavrov qeyd edib.