🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı yeniyetmə saxlanılıb

Azərbaycan.media xəbər verir ki, Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı ilə bağlı şübhəli şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məlumata görə, fevralın 4-də axşam saatlarında 2019-cu il təvəllüdlü azyaşlı S.B. bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən açıqlamada bildirilib ki, azyaşlı bədənin müxtəlif nahiyələrinin kəsilmiş və deşilmiş yaraları diaqnozu ilə təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyent dərhal əməliyyata alınıb, əməliyyatdan sonra müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.