🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda qeyri-sabit hava: bəzi bölgələrdə 36 sm-dək qar yağıb

Azərbaycan.media xəbər verir ki, ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunub, bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb.

Qarın hündürlüyü Zaqatala rayonunun Əlibəy ərazisində 36 sm, Qaxın Sarıbaş kəndində 31 sm, Şəkinin Kişçay ərazisində 20 sm, Qrızda 14 sm, Şahdağda 13 sm, Xınalıqda 8 sm, Kəlbəcər və Qusarın Laza kəndində 7 sm, Qubadlı, Laçın və Lerikdə 5 sm, Qobustan, Quba və Xızıda 4 sm, Şamaxıda 3 sm, Yardımlıda isə 2 sm qeydə alınıb.

Düşən yağıntının miqdarı Qəbələdə 34 mm, Astarada 23 mm, Lənkəranda 21 mm, Cəlilabad və Neftçalada 18 mm, Oğuzda 15 mm, Balakəndə 14 mm, Biləsuvarda 11 mm, əksər rayonlarda isə 9 mm-dək olub.

Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar və Quba ərazilərində duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 12 dərəcəyədək şaxta, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.