Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kiril Dmitriyev Avropanın Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara mane olmaq cəhdlərini sülh prosesində irəliləyişin göstəricisi kimi qiymətləndirib.
Dmitriyevin fikirlərini “RİA Novosti” agentliyi yayıb.
O bildirib ki, Avropa və Böyük Britaniyadan olan “müharibə tərəfdarlarının” danışıqlar prosesini pozmaq və ona müdaxilə etmək cəhdləri diqqət çəkir:
“Bu cür cəhdlər nə qədər çox olarsa, deməli, bir o qədər də irəliləyişin mövcud olduğunu görürük”, – deyə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri qeyd edib.
Qeyd edək ki, fevralın 5-də Rusiya, Ukrayna və ABŞ arasında münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqların ilk günü başa çatıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Əbu-Dabidə keçirilən görüşü məhsuldar kimi dəyərləndirib.
