Azərbaycan.media xəbər verir ki, fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin müşahidə ediləcək, axşam saatlarında isə yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1–3 dərəcə isti, gündüz isə 6–9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət isə 75–85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 1–6 dərəcə isti, gündüz 7–10 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 3–8 dərəcə şaxta, gündüz 1–6 dərəcə isti olacaq.
Qeyd olunur ki, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
