Azərbaycan.media xəbər verir ki, Xaçmaz rayonunun Nərəcan kəndində dəmir yolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, qatar dəmir yolu keçidindən keçən “VAZ” markalı minik avtomobilini vurub. Hadisə nəticəsində avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini, 22 yaşlı Səid Çələbiyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
