Azərbaycan.media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının işi üzrə davam etdirilən açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Hökmə əsasən, təqsirləndirilən David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da çıxışlarında Babayanın ömürlük azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdilər.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama kimi ağır cinayətlərdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəmə prosesi hökmün elan edilməsi mərhələsində davam etdirilir.
