🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lənkəranda dördotaqlı fərdi yaşayış evi yanıb

Azərbaycan.media xəbər verir ki, Lənkəran rayonunda dördotaqlı fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini Emil Zeynal oğlu Əkbərova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı fərdi yaşayış evi yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.