Azərbaycan.media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının işi üzrə davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Hökmə əsasən, təqsirləndirilən Davit İşxanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da çıxışlarında Davit İşxanyanın ömürlük azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdilər.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama kimi ağır cinayətlərdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəmə prosesi hökmün elan edilməsi mərhələsində davam etdirilir.
